Disleksiya dil bacarıqlarında bir çox çətinliklər

Disleksiya dil bacarıqlarında bir çox çətinliklər ilə başlayan, koordinasiya və oxuma bacarığının aşağı olması ilə xarakterizə olunan Xüsusi Öyrənmə Çəyinliyinin bir qoludur. Zəka ilə əlaqəsi olmayan “disleksiya” yunan və latın sözlərinin birləşməsindən yaranıb, zəif dil, söz mənasını daşıyır.
Bundan əlavə, Xüsusi Öyrənmə Çətinliyinin qolları kimi Disqrafiya- Yazma çətinliyi, Diskalkuliya- Hesablama çətinliyi və Dispraksiya- Müvazinət çətinliyini da göstərilir. Lakin son illər hər biri bir ad altında- Disleksiya birləşib.
Disleksiyanın səbəbləri:
Dislekiyanın iki səbəbi əsas götürülür;
1) Genetik faktor. Əgər uşağın valideynlərinin hər hansı birində Disleksiya varsa, övladında olma ehtimalı çox yüksəkdir. İki valideyndə də olarsa, bu risk daha da artacaqdır.
2) Sosial faktor. Bu faktora ananın hamiləlik dövründə ciddi travma alması. Erkən doğum və ya doğulan körpənin çəkisinin az olması. Sarılıq keçirmə.

Disleksiyanın əlamətləri:
1. Gec danışma;
2. ⁠Uşaq kimi danışma;
3. ⁠Özünü düzgün ifadə edə bilməmə;
4. ⁠Sözləri səhv təlıffüz etmə;
5. ⁠Diqqət dağınıqlığı;
6. ⁠İmpulsivlik;
7. ⁠Barmaq ucunda gəzmə;
8. ⁠Eşitdiklərini və gördüklərini xatırlamaqda çətinlik;
9. ⁠Qaydalara tabe olmama;
10. ⁠Əzbərləmə çətinliyi;
11. ⁠Yön qavramlarını (sağ, sol, aşağı, yuxarı) qarışdırma;
12. ⁠Tez sıxılma, bezmə;
13. ⁠Özgüvənsizlik;
14. ⁠Tək qalmanı sevmə;
15. ⁠Dərsə qarşı istəksizlik;
16. ⁠Sürətli qaça bilməmə;
17. ⁠Velosiped sürə bilməmə;
18. ⁠Hərfləri öyrənmədə, tanımada və yadında saxlamada çətinlik;
19. ⁠Ucadan oxumadan imtina;
20. ⁠Hərfqarışdırma (b-d, p-q, e-a, e-ə, 6-ə, v-f, g-ğ və s.)
21. ⁠Uyduraraq oxuma; məs: “sahil” sözündə “sa” hecasına başqa heca əlavə edib “Samir” kimi oxuya bilər və ya tamamilə başqa sözlə əvəz edə bilər.
22. ⁠Oxuduğunu anlamama və ya oxuduğundan nəticə çıxara bilməmə;
23. ⁠Sosial problemlər;
24. ⁠Yaşıdları ilə ünsiyyətə girə bilməmə;
25. ⁠Kövrəklik;
26. ⁠Anlamadığını əzbərləyə bilməmə;
27. ⁠Hərflərdən qorxma;
28. ⁠Uzun mətn görən zaman özünü pis hiss etmə;
29. ⁠Tez küsmək, tez incimək;
30. ⁠Qələmi düzgün tuta bilməmə;
31. ⁠Sətir və sütun anlayışını gec öyrənmə;
32. ⁠Yazarkən hərfləri qarışdırma;
33. ⁠Fikirlərini yazıya tökə bilməmə;
34. ⁠Oxunaqsız yazı;
35. ⁠Ləng yazma;
36. ⁠Üzdənköçürmədə problem;
37. ⁠Sıra ilə saya bilməmə;
38. ⁠Rəqəmləri qarışdırma;
39. ⁠Məsələ edə bilməmə;
40. ⁠Düsturları öyrənə bilməmə;
41. ⁠Saat öyrənə bilməmə;
42. ⁠Uzun müddət barmaqla hesablama;
43. ⁠Vurma və bölmə öyrənə bilməmə.
Bu əlamətləri daşıyan uşaqlar varsa, valideynləri uşaq psixiatrına müraciət etməlidirlər. Disleksiya diaqnozu 6 yaşdan sonra uşaq psixiatrı tərəfindən qoyulur.

Leave a comment