Gəncə şəhər 28 nömrəli məktəb

27.11.21 cil tarixdə Gəncə şəhər 28 nömrəli məktəbdə təlimçi – pedaqoq Təranə Möhsünova tərəfindən Disleksiya – Öyrənmə çətinliyi adlı seminar keçirilmişdir.Seminar ŞƏHİD lərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə açıq elan edilmişdir.Seminarda defektoloq- loqoped Ləman Məhərrəmova disleksiyanın niqə olan təsirləri, psixoloq – Sevinc Abdullayeva isə psixoloji təsirləri haqqında məlumat vermişdir.Təlimçi pedaqoq Təranə Möhsünova öyrənmə çətinliyi olan uşaqlarla istifadə oluna biləcək effektiv metodlar haqqında geniş məlumat vermişdir.Sonda seminarda iştirak edən müəllimlərə seminar vəsaitləri paylanılmışdır. Təlimin keçirilməsindəki dəstəyə görə Gəncə şəhər Təhsil Şöbəsinə, 28 nömrəli məktəbin rəhbərliyinə və 23 nömrəli məktəbin müəllimi Əminə Kazımlıya təşəkkürlərimizi bildiririk