8 oktyabr Dünya Disleksiya Fərqindəlik Günüdür

8 oktyabr Dünya Disleksiya Fərqindəlik Günüdür.

Təranə Möhsünova Avropa Disleksi Birliğinin rəsmi təmsilçisi olan Disleksi Derneğinin Azərbaycandakı təmsilçisi kimi 7 oktyabrda Azərbaycanın paytaxtı Bakıda Disleksiya fərqindəliyi üçün tədbir təşkil etdi. Tədbirdə Azərbaycan qazisi olan Zakir İmanov və Emedia Group Media Təşkilatının sədri Elşən Əliyev və 80-ə yaxın müəllim və valideyn iştirak etdi. Tədbir öncə şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etməklə başladı. İştirakçılar Azərbaycan himnini oxuyandan sonra tədbirin içəriyi iştirakçılara anladıldı.Tədbirdə Təranə Möhsünova qonaqları salamladı və disleksiyanın pedaqoji tərəflərini, siniflərdəki disleksiyalı uşaqlarla davranışı izah etdi. TM Uşaq İnkişaf Mərkəzinin baş psixoloqu Sevinc Abdullayeva disleksiyanın psixoloji tərəflərini danışaraq tövsiyyələrini verdi. İcraçı direktor Çinarə Məmmədova isə çıxışında TM Uşaq İnkişaf Mərkəzinin disleksiya yolunu, gördüyü işləri, disleksiyalı uşaqlar üçün etdiyi çalışmaları iştirakçılara anlatdı. İştirakçılar üçün təşkil olunan kofe saatından sonra əvvəlcədən hazırlanan hədiyyələr və Katılım belgeleri hər bir iştirakçıya təqdim olundu.