“Disleksiya” kitabının təqdimatı

19 fevral Nizami Kino Mərkəzində Disleksiya Mərkəzi TM-in direktoru Təranə Möhsünovanın müəllifi olduğu “Disleksiya” kitabının təqdimatı və imza günü baş tutdu. Təqdimat şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmə və himnimiz ilə başladı. Sonra isə Təranə Möhsünova iştirakçıları salamladı və Disleksiya haqqında məlumat verdi. Tədbirdə Təhsil nəşriyyatının direktoru Tural Axundov, Çinar yayımlarının rəhbəri naşir Bəhram Oruclu, Emedia qrupun rəhbəri Elşən Əliyev, müxtəlif psixoloji mərkəz rəhbərləri, müəllimlər, psixoloqlar, loqopedlər, valideynlər iştirak edirdi. Çıxış edən qonaqlar Təranə xanıma uğurlar arzu edib, kitabın ərsəyə gəlməsində verilən əməkdən, kitabın Azərbaycan uşaqları üçün əhəmiyyətindən danışdılar.

Təqdimatdan sonra kitab əldə edən iştirakçılar kitablarını imzalatdılar.

Təranə xanım kitabdan gələn gəlirin Türkiyə zəlzələsindən əziyyət çəkən qardaşlarımıza dəstək üçün AFAD qurumuna göndəriləcəyini qeyd etdi.