Uşaqlarda qorxular

QORXU NƏDİR?
Qorxu-müəyyən xarici təsirlərə cavab reaksiyasıdır.Qorxu hissinin əsasında təhlükə dayanır.Təhlükə qorxunun təməl halıdır.
UŞAQLARDA QORXU NİYƏ YARANIR?
Valideynlər uşaqla ünsiyyət zamanı bir təhlükə gördükdə “ora getmə,yıxılarsan”,”götürmə əlinə,yandırar”,”itdən uzaq dur,dişləyər və s. kimi ifadələr işlədirlər,amma bir şeyin fərqində olmurlar ki,uşaq bu tip cümlələrin yalnız ikinci tərəfini dərk edir,yəni,”Yıxılacam”,”Əlim yana bilər”.Bununla artıq uşaqda narahatlıq hisi yaranır və qorxunun təməli qoyulur.Bu həm də uşaqda özgüvən düşüklüyünə,özünə inamın aşağı olmasına yol açır.Uşaqların yanında ölüm,xəstəlik,yanğın barədə söhbətlər onun psixikasında dərin iz qoyur.Əgər uşaq gözlənilmədən qapı döyüləndə və ya səs olduqda diksinirsə,bu,həmin halın nə vaxtsa xoşagəlməz hadisə və ya hiss ilə bağlı olduğunu göstərir.Ümumiyyətlə,uşaq qorxuları müxtəlifdir.24 aya qədər uşaqlarda anadan ayrı qalmaq qorxusu olur,bu normaldır və uşağın inkişafı üçün zəruridir.Uşaq anasından bir müddət ayrıldıqda və ona qayıtdıqda anasının ölmədiyini və bunun müvəqqəti olduğunu öyrənir.

QORXULARLA NECƏ MÜBARİZƏ APARMAQ OLAR?
Ümumiyyətlə,qorxuları yenmək üçün ilk növbədə onu qəbul etmək lazımdır.Uşaq qorxularının korreksiyasında aşağıdakılara diqqət edilməlidir:
-Valideynlər övladının qorxusunun aradan qalxmasında aktiv iştirak etməlidir.
-Uşağı dinləməli,nədən və niyə qorxduğunu uşağın dilindən eşitmək;
-Uşaqda özünə inamın yaranmasına kömək etmək;
-Reqressiv,yəni yaşa uyğun olmayan davranış hallarına(barmaq sormaq,yorğana bükülmək)qarşı çıxmamaq.