Uşaq psixologiyası
Uşaq psixologiyası : İnkişaf üzrə ekspertlərin bu mövzuda apardığı geniş araşdırmaların analizləri 2 ümumi yaş qrupunun xususi önəmini vurğulayır.
1.) Erkən uşaqlıq yaşları, əsasən 2-6 yaş qrupu uşaqlar, 2.) Məktəb yaşında olan uşaqlar, əsasən 6 yaşdan 12 yaşa qədər.
Mütəxəssislərin bu mövzuda araşdırmaları göstərirki əsas inkişaf sahələri əzələlərin inkişafı (motor development), dərk etmə qabiliyitində dəyişikliklər (cognitive changes), danışıq qabiliyyətinə yiyələnmə (language acquisition), yetkinlikdə olan emosiyalar (emotional maturity) və sosyal fəaliyyətlərdir (social interactions).
Erkən uşaqlıq illəri
Erkən uşaqlıq illərinə həmçinin məktəbəqədər illərdə deyilir və bu illər “oynamaq illəri” adlandırılır. Bütün bəşər insanları erkən uşaqlıq yaşlarında olarkən oyaq olduqları vaxtları oyun oynamaqla keçirir. İnkişaf ekspertləri bu oyunların uşaqların böyüməsinə və əsas inkişaf sahələrinin artımına səbəb olduğunu qəbul edirlər.
5 yaşa qədər olan uşaqlarda gedən fiziki və əzələ inkişafı onlara oyun meydançalarında qaçmasına və bir-biriləri ilə müstəqil şəkildə oynamasına imkan yaradır. İnkişaf nəzəriyyəsinə əsasən (bu sosiyal-mədəni nəzəriyyədə adlanır) bu yaşda olan uşaqların yetişkin təlimatı olmadan digər uşaqlarla oynaması əsas inkişaf sahələrinin daha yaxşı artımına gətirib cıxarır.
Erkən uşaqlıq illərində olanların beynində gedən nevroloji dəyişikliklər onların dil öyrənmə qabiliyyətinə təsir edir. Çünki bu yaşda olan uşaqlar danışarkən heç bir feli səhv etməkdən qorxmurlar, onlar daha çox ünsiyyətə can atır, qorxunun gətirdiyi xəcalət hissinin bu yaşda olan körpələrdə olmaması onların dildən sərbəst şəkildə istifadəsinə gətirib çıxarır və nəticədə bu uşaqların lüğət bazasını genişləndirməyə, qrammatik və tələffüzdə olan səhvlərini aradan qaldırmağa yardımçı olur.
Sürətlə gedən nevroloji dəyişikliklər ilə bağlı olan zəngin təxəyyüllü və yaradıcı oyunlar uşaqların dərk etmə bacarıqlarını inkişaf etdirir. 3-5 yaşda olan uşaqlarda anlama, dərk etmə qabiliyyətləri inkişaf edir. Bu yaşlardakı uşaqlar digərlərindən fərqli düşünür və başqalarının düşüncələri onlara anlaşılmaz və ya yanlış gəlir.
Əlavə olaraq, 2-6 yaşında olan uşaqlar qorxu və əsəb impulslarını idarə edərək emosiyalarını nizamlaya bilirlər. Misal olaraq 2 yaşında olan uşaq təpiklə zərbələr endirir, qışqırır, agressiv rəftarlar ortaya qoyur. Bu uşaq 5 yaşına gəldiyi zaman isə əsəblərini daha yaxşı necə idarə etməyi və emosiyaları konstruktiv nizamlamağı bacarır. Eynilə 2 yaşlı uşaq valideyinlərinin və ya dayələrinin qucağından düşmək istəmirlərsə, onlar 5-6 yaşa çatdıqları zaman daha az qorxurlar və sərbəst hərəkət edirlər.
İnkişaf üzrə ekspertlər bu yaşlarda olan uşaqlarda sosyal fəaliyyət bacarıqlarının inkişaf etdiyini vurğulayır. 5 Yaşa qədər olan uşaqlar uğurlu şəkildə qrup fəaliyyətlərində iştirak edir, həmyaşıdları ilə mübahisələr yaşayır, özlərinə oyun yoldaşı seçirlər.
Məktəb yaşı
Bütün inkişaf üzrə ekspertlər, 7-11 yaşlı uşaqların daha istəkli , bacarıqlı və genış sosiyal əlaqələr yaratmağa hazır olduqları mövzusunda həmfikirdirlər. Psixoloqlar, uşaqlarda davam edən nevroloji dəyişikliklər bir-birinə sıx bağlı olan dərk etmə və əzələ dəyişikliklərinə təsir edir.
Əzələ bacarıqlarının inkişafı bu yaşda olan uşaqlarda fiziki reaksiya muddətinin artmasına əhəmiyyətli təsir edir. Nevroloji dəyişikliklər həmçinin gözün kordinasiya bacarığını, balansını və yaxşı kordinasiya olunmuş hərəkəti tənzimləyir. İnkişaf ekspertləri bu yaşda olan uşaqlarında oyunlar oynadıqlarını, idmanla məşqul olduqlarını, oyun meydançalarında vaxt keçirdiklərini, dostluq münasibətlərini inkişaf elətdirdiklərini və bu proseslərin böyüməyə , öyrənməyə və yetkinliyə təsir etdiyini vurğulayırlar.
Nevroloji dəyişikliklərin reaksiya muddətini və bədən kordinasiyasını inkişaf etdirdiyi kimi, uşaqlarda məntiq, mühakimə qabiliyyətləri və dili mükəmməl səviyyədə qavrama bacarıqlarını artırır. Bu yaşda olan uşaqlar daha tez öyrənir, böyük həcimli məlumatları beyində daha yaxşı saxlayır və bu məlumatlara çox qısa zamanda çata bilirlər. Onlar mahnı sözləri əzbərləyir, yukşək bacarıq tələb edən kompüter oyunları oynayır, müsiqi alətlərində ifa edir, mənalı hekayələr və şeirlər yazırlar.
Bu müddətdə inkişaf edən bir digər əqli cəhətdə “düşüncəni mühakimə etmə” bacarığıdır. Bu bacarığı inkişaf etdirən uşaqlar qarşıya çıxan problemləri analız edir, onların həlli yolları haqqında düşünür, bu problemləri uğurlu şəkildə necə həll etməyi öyrənirlər.
7-11 Yaşlı uşaqlar üçün dostluq münasibətlərinin qurulması və sosiyal fəaliyyətlər önəmlidir. Uşaqlar artıq sosyal kontekslər əlaqələr haqqında daha çox düşünür və əlaqələrə bu konteksdən yanaşıb, özlərini digər uşaqlar ilə müqayisə edirlər. 11-12 Yaşlı uşaqlar 5-6 yaşlı uşaqlara nisbətən öz emosiyalarını daha yaxşı idarə edirlər.