Uşağım niyə təlim materialını qavraya bilmir?

    Danılmaz haldır ki bəzən uşaqlar təlim materialını qavramaqda çətinlik çəkirlər. Bunun da bir sıra səbəbləri vardır. Əgər uşaq təlim materialını qavramaqda çətinlik çəkirsə diqqət edilməli məqamlar var.

Bunlara nəzər yetirək:

✔️qavrama bacarığı;

✔️məntiqi təfəkkürü;

✔️İQ səviyyəsi;

✔️ Fiziki və psixoloji yaş arasındakı uyğunluq;

✔️Diqqət.

İndi isə bunların hər birinə aydınlıq gətirək. Birinci növbədə onu qeyd etmək lazımdır ki,bəzən uşaqların psixoloji yaşı fiziki yaşdan bir qədər aşağı səviyyədə olur. Elə bu səbbdən də həmin yaşdakı təlim materiallarını qavramaqda çətinlik hiss olunur.
   Uşaqların qavramları necə başa düşdüyünə diqqət edilməli və qavrama bacarığının yüksəldilməsinə dair tapşırıqlar işlənməlidir.
    Təfəkkür prosesləri yaşauyğun şəkildə getmədikdə bu,birbaşa təlim prosesinə öz təsirini göstərir. Təfəkkürün bir sıra növləri-əyani-əməli,mücərrəd və məntiqi təfəkkürün düzgün şəkildə inkişafı uşaqların təlim materiallarını qavramaları ilə birbaşa əlaqədardır. Düşünün,əgər uşaq oxuduğunu analiz-sintez edə bilmirsə,hadisələri məntiqi şəkildə bir-birilə əlaqələndirə bilmirsə,burada hansa qavramadan söhbət gedə bilər? Deməli,birinci növbədə uşağın təfəkkürü ilə işlənməli,qavramları möhkəmləndirilməlidir. Yalnız bundan sonra uşaq yaşınauyğun təlim materiallarını öyrənə və öyrəndiklərini praktikada tətbiq edə bilər.
    Diqqət uşağın öyrənmə prosesində hər zaman xüsusi rola malik olmuşdur. Hər uşaqda diqqətin müddəti fərqli şəkildədir. Diqqətin müddətinin uzanması və fiziki yaşa uyğun olması üçün yaşa uyğun diqqət çalışmaları işlənməlidir.
   Qeyd edilən nüanslarda yaşanan problemlər aradan qaldırıldıqdan sonra uşağın təlim materialını qavramasında və tətbiqində yaşanan problemlər tədricən aradan qaldırılır.

Pedaqoq Nigar Gülməmmədli